Əsas məzmuna keç

Taha ‏ surəsi - 16-cı Ayə

Surə 20
Ayə 16

Azərbaycan dilində tərcümə

Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan.
Taha ‏ surəsi , 16-cı ayə
Taha ‏ surəsi 16-cı ayə
Tam Surə

Taha ‏ surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Məbada qiyamətə inanmayan və azğın nəfs istəklərinə uyan bir kəs sənin diqqətini qiyamətdən yayındırsın. Yoxsa süqut edərsən.”

Bildirişlər
1. Dinin əsaslarına etiqad və hökmlərə əməl bəs etmir. Həm də müxaliflərə müqavimət göstərmək lazımdır.
2. İmansız fərdlər sizi haqq yoldan döndərmək fikrindədirlər. Onların pozuculuğunun sizin tutduğunuz yola xələl gətirməsinə yol verməyin.
3. Məadın inkarının səbəbi azğın nəfs istəklərinə itaətdir.
4. Məada iman azğın nəfsə nəzarət üçün ən üstün amildir.
5. Hətta peyğəmbər də nəfsinə uysa süquta uğrayar.
6. Kafirlər və imansız fərdlərlə saziş məhvə aparır.
7. Kafirlər və həvəspərəstlər möminləri doğru yoldan döndərmək fikrindədirlər.