NUR TƏFSİRİ: Taha surəsi / ayə 21
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Allah) buyurdu: «Onu tut və tələsmə. Biz tezliklə onu əvvəlki halına qaytararıq.»”
Nöqtələr
İnsanlar təbii olaraq təhlükə, şərr və zərərdən qorxur, onlarla üzləşməkdən çəkinirlər. Aydın məsələdir ki, Musa da insan idi və qorxurdu. Məzəmmət olunan isə Allahdan qeyrisindən qorxudur. Belə bir qorxu şücaət sifətinə ziddir və həzrət Musa belə bir çirkin sifətdən uzaq olmuşdur.
Musa başqa bir səbəbdən də qorxuya düşə bilərdi: "Əsanı yerə at” əmrinin "ayaqqabını çıxart” əmri kimi ehtiram üçün olduğunu düşünən Musa əsanın ilana döndüyünü gördükdə yerində donub qaldı.
Əslində bu qorxu uyğun hadisənin möcüzə olmasının dəlili idi. Göstərdiyi sehrin həqiqət olmadığını bilən sehrbaz gördüyü işdən qorxuya düşmür.
Allah hər an milyonlarına can verir, milyonlarının canını alır. Uyğun səhnədə də O, öncə əsaya can verib, sonra onu geri aldı.(Ənam”, 122; "Tövbə”, 14; "Hucurat”, 3; "Taha”, 25; "Təğabun”, 11; "Mücadilə”, 22; "Fəth”, 4; "Ənfal”, 63; "Rəd”, 28.) Bu sayaq qadir Allah diri insanı öldürüb, onu yenidən əvvəlki vəziyyətinə qaytara bilməzmi?!
Allahın bir nəzəri ağacı əjdahaya döndərirsə, Onun lütf nəzəri ilə nələr baş verər?! Onun nəzər saldığı bir şey sehrbazların bütün qurğularını kamına çəkirsə, qəlbimizə saldığı nəzər bütün vəsvəsələri aradan qaldıra bilməzmi?!
Elə işin əvvəlində Musa üçün iki möcüzə baş verdi: onun əsası əjdahaya çevrildi və əjdaha yenidən əsa şəklinə qayıtdı.
Bildirişlər
1. Allah Öz qüdrətinin nümayişi üçün ən yaxın və ən sadə vasitələrdən də istifadə edir.
2. Bir neçə məqsəd üçün nəzərdə tutulmuş alətlərdən istifadə etməklə daha az həcmlə kifayətlənmək olar.
3. Əsa kimi maddi vasitələrə arxalanmağın Allaha təvəkküllə ziddiyyəti yoxdur.
4. Çobanlıq əksər peyğəmbərlərin məşğuliyyəti olmuşdur.
5. Dəvətdən öncə hazırlıq, təcrübə zəruridir. Fironun qarşısında əsanı atmaq istəyən Musa onun əjdahaya çevrilməsi səhnəsi ilə öncədən tanış olmalıdır.