Əsas məzmuna keç

Taha ‏ surəsi - 24-cü Ayə

Surə 20
Ayə 24

Azərbaycan dilində tərcümə

(İndi) Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb.
Taha ‏ surəsi , 24-cü ayə
Taha ‏ surəsi 24-cü ayə
Tam Surə

Taha ‏ surəsi 24-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 24

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.”

Nöqtələr
Həzrət Musanın ikinci möcüzəsi "yədi-bəyza”, yəni ağ əl idi. Bu möcüzə Quranda üç təbirlə xatırlanır. Bu təbirlərdən ikisi "Qəsəs” surəsinin 32-ci və "Nəml” surəsinin 12-ci ayələrindədir. 3-cü təbir hazırkı ayədə bəyan olunmuşdur. Bütün deyilənləri belə yekunlaşdırmaq olar: "Əlini yaxandan sal və boynunadək apar.”
Tövratda deyilir: Musanın əlindəki ağlıq xəstəlikdən idi. (Tövrat, sifri-xüruc, 4-cü fəsil) Amma Quran "eybsiz” təbiri ilə anladır ki, Musanın əlindəki ağlıq xəstəlikdən deyildi, bir nur idi və Tövrat təhrif olunmuşdur.
Bildirişlər
1. Allahın qüdrət əli açıqdır. O, hər an istənilən bir vasitə ilə Öz qüdrətini nümayiş etdirə bilər.
2. Qarşı tərəfin təkəbbür və inadkarlığı böyük olduqca, daha böyük möcüzəyə ehtiyac duyulur. (Fironlar üçün bir neçə möcüzə lazımdır.)
3. Zalım hakimi haqqa dəvət etmək istəyən kəs öncə özü haqqın əsərlərini görməlidir.
4. Peyğəmbərlərin möcüzələri ilahi nişanələrin bir guşəsidir.
5. Peyğəmbərlərin ilkin vəzifəsi zalım hakimlərlə mübarizədir.
6. Xalqın gəlişini gözləmək həmişə zəruri olmur. Bəzən hətta peyğəmbərlər zalım hakimlərin hidayəti üçün hərəkət etməli olur.
7. Cəmiyyətin islahı üçün fitnə-fəsadın kökünü tapmaq lazımdır.
8. Din siyasətdən ayrı deyil. Musa mövcud hakimiyyətin islahı üçün hərəkət etdi.
9. Zalım hakimiyyətlə mübarizə siyasi nümayiş yox, ilahi bir vəzifədir.
10. Bütün inkarların kökü haqq qarşısında tüğyan və itaətsizlikdir.
Firon Rəbblik iddiası ilə tüğyan qopararkən qorxu yaradır, təfriqə salır və xalqı qul edirdi.
11. İman, ibadət və sabitqədəmliklə silahlanmış kəslər zalım qüvvələrlə mübarizə apara bilərlər.