Əsas məzmuna keç

Taha ‏ surəsi - 27-ci Ayə

Surə 20
Ayə 27

Azərbaycan dilində tərcümə

Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç
Taha ‏ surəsi , 27-ci ayə
Taha ‏ surəsi 27-ci ayə
Tam Surə

Taha ‏ surəsi 27-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 27

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Dilimdəki düyünü aç, qoy sözlərimi (yaxşı) anlasınlar.”

Nöqtələr
Həzrət Musa ilahi peyğəmbərlik məqamına çatdığı vaxt Allahdan dörd şey istədi: geniş köks, münasib şərait, rəvan bəyan , vəzir.
Həzrət Musaya müxtəlif ibadi, siyasi, inqilabi, ictimai, əxlaqi, fərdi və ümumi göstərişlər verilmişdi. Adətən, hər hansı bir işlə məşğulluq insanın diqqətini digər işlərdən yayındırır. Beləcə, bütün işlərlə lazımınca məşğul olmaq üçün geniş köksə ehtiyac duyulur.("Bəqərə”, 10; "Maidə”, 13; "Səff”, 5; "Nəhl”, 108; "Mutəffifin”, 14; "Kəhf”, 57; "Muhəmməd”, 24; "Bəqərə”, 7; "Tövbə”, 127)
Geniş köks həm insanın özü, həm də məsuliyyətlərin yerinə yetirilməsi üçün zəruridir. Ayədəki "li” hissəsi vəhyin qəbulunda böyük tutuma ehtiyac olduğunu göstərir. "İnşirah” surəsində də "geniş köks” ("sieyi-sədr”) mövzusuna toxunulur.

MÖMIN VƏ KAFIR QƏLBININ XÜSUSIYYƏTLƏRI
Mömin və kafir qəlblərinin fərqli səciyyələri vardır. Mömin qəlbində: həyat, şəfa, paklıq, geniş köks, hidayət, iman, aramlıq, ülfət, əminlik.(Təfsire-dürrül-mənsur”. "Təfsire-nurus-səqəleyn”.)
Kafir qəlbində: xəstəlik, daşlıq, inkarçılıq, möhürlənmə, əhatəli zülmət, hicab, kilidlənmə, bərklik, anlamazlıq.("Təfsire-Məcməül-bəyan”. )

Bildirişlər
1. İstənilən bir işdə ilkin müvəffəqiyyət şərti geniş köksdür.
2. Məsuliyyətdən qorxub qaçmaq əvəzinə Allahdan vəzifəni yerinə yetirmək üçün imkan, müqəddimə, vasitə diləmək lazımdır.
3. Hər bir işdən öncə dua təvəkkül rəmzi, təhlükələrdən uzaqlıq səbəbidir. Dua özü də ibadət, ehtiyaclılığın elanı sayılır.
4. Xalqın təlim-tərbiyəsi və zalım qüvvələrlə mübarizə tam şəkildə tərbiyəçi və mücahidin səbir və hövsələsindən asılıdır.
5. Peyğəmbərlik tündlük və qəddarlıqla bir araya sığmır. Böyük iş böyük ruh tələb edir. (Musa qarşıdurma zamanı bir nəfəri yumruqla vurub öldürdü. Bu səbəbdən də Allahdan geniş köks istədi.)
6. Quranda peyğəmbərlərin duası "Rəbb” xitabı ilə başlayır.
7. İlahi lütflərə çatmaq üçün böyük ruh, geniş qəlbə ehtiyac var.
8. Geniş kökslə (qəlblə) işlər asanlaşır.
9. Sadə danışıq və rəvan bəyan özü də bir kamillikdir.
10. Xalqın hidayət və səfərbərliyində, mücahidlərə ruh verilməsində və zalım qüvvələrin qorxudulmasında iti dilin mühüm rolu var.
11. Əsas məsələ gözəl sözlərdən istifadə etmək yox, xalqı anlatmaqdır.
12. Təbliğatçının dilini xalqın yaxşı anlaması təbliğdə müvəffəqiyyət şərtidir.
13. Təbliğdə xalqın düşüncəsini dərinləşdirən hər vasitədən istifadə edilməlidir.