Əsas məzmuna keç

Taha ‏ surəsi - 4-cü Ayə

Surə 20
Ayə 4

Azərbaycan dilində tərcümə

(Bu Qur’an) yeri və uca göyləri yaradan tərəfindən nazil edilmişdir.
Taha ‏ surəsi , 4-cü ayə
Taha ‏ surəsi 4-cü ayə
Tam Surə

Taha ‏ surəsi 4-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 4

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Bu ayələr) yer və uca göyləri yaratmış kəs tərəfindən nazil olmuşdur.”

Nöqtələr
"Ta-ha” müqəttəə hərfləri müxtəlif cür mənalandırılmışdır. O cümlədən, bu hərflərin Allahın və ya peyğəmbərin adı olması bildirilir.(Təfsire-nümunə”. ) Bəzən peyğəmbər Əhli-beyti "ali ta-ha” və ya Həzrət Əli (ə) "ta-ha” adlandırılmışdır.("Təfsire-Safi”. )"Nüdbə” duasında imam Mehdi (ə) "yəbnə taha” adı ilə çağırılır. Hər halda bu hərflər artıq və ya mənasız deyil. Quranın nazil olmasından keçən uzun müddət ərzində, eləcə də, dilşünas düşmənlərin çoxluğuna baxmayaraq, indiyədək uyğun mövzuda heç bir irad bildirilməmişdir.(Haqqə”, 48; "Fatir”, 28)
İslam Peyğəmbəri (s) vəzifəsinin icrasında hədsiz eşq, yanğı və məsuliyyət göstərdiyindən tabdan düşürdü. Belə ki, onu ayaqları ağrıyar, mübarək çöhrəsinin rəngi saralardı.("Əraf”, 54.)
"Tənzil” dedikdə tədrici nazilolma başa düşülür. Yəni Quran 23 il müddətində müxtəlif hadisələr və münasibətlərlə bağlı nazil olmuşdur. Bu sayaq tədrici nazilolmanın Qədr gecəsində birdəfəyə Peyğəmbərin (s) mübarək qəlbinə nazil olması ilə ziddiyyəti yoxdur.
Bildirişlər
1. İlahi vəhy əzab-əziyyət yaratmaq üçün nazil olmamışdır.
2. Dini vəzifələrin icrasında üzücü məşəqqətlərə dözmək lazım gəlmir.
3. İnsan fitrətən etiqadlıdır. Amma fitrətinə diqqətsiz olduğundan xatırlatmaya ehtiyac var.
4. Təqva, elm və ilahi xof bir-birinə ehtiyaclıdır.("Yunus”, 3)
5. Münasib inkişaf üçün tərbiyəçi və təbliğatçının səviyyəsi bəs etmir. Qarşı tərəfdə qəbul üçün zəmin olmalıdır. Necə ki, yaxşı məhsul götürmək üçün yaxşı toxum, yaxşı torpaq və qulluğa ehtiyac duyulur.
6. Öyüd götürülməsində məsuliyyət hissi müqəddimədir.
7. Peyğəmbərin vəzifəsi xalqı məcbur etmək yox, sadəcə xəbərdarlıqdır.
8. Şəriət və təbiət eyni mənbədəndir və uyğun qanunlara malikdir.
9. Əzəmətli göylərin yaradanı bir söz demişsə, demək, bu söz mühümdür.