Əsas məzmuna keç

Taha ‏ surəsi - 44-cü Ayə

Surə 20
Ayə 44

Azərbaycan dilində tərcümə

Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı).
Taha ‏ surəsi , 44-cü ayə
Taha ‏ surəsi 44-cü ayə
Tam Surə

Taha ‏ surəsi 44-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 44

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Onunla yumşaq danışın, bəlkə anlaya və ya qorxa.”

Nöqtələr
"Xəşyət” dedikdə mərifətdən və bir başqası qarşısında əzəmət hissindən qaynaqlanan qorxu başa düşülür.
Allah həzrət Musa haqqında xüsusi təbirlər bəyan etmişdir: "Biz onu Özümüzlə xəlvət söhbətə yaxınlaşdırdıq.”("Taha”, 39.) Mən səni seçmişəm.”(Hazırkı ayə.) "Mənim nəzərim altda ərsəyə çatasan.”("Kafi”, c. 5, s. 460) "Səni Özüm üçün ərsəyə gətirdim və seçdim.”("Təfsire-nümunə”.")
Ötən ayələrdə həzrət Musanın iki möcüzəsi bəyan olundu: Əsanın əjdahaya çevrilməsi, Musanın əlinin ağarması. Bu ayədə isə Musaya başqa möcüzələr də veriləcəyindən danışılır.
Hazırkı surənin 24-cü ayəsində Firona doğru hərəkət göstərişi verilir. Amma Musa Allahdan köməkçi istəyir. Onun istəyi yerinə yetirildikdən sonra bu ayədə hərəkət göstərişi gəlir.
"Ədiyy” ibn Hatəm deyir: "Əmirəlmöminin (ə) Siffeyndə Müaviyə ilə üzbəüz gəldiyi vaxt uca səslə buyurdu: "And olsun Allaha, Müaviyə və onun səhabələri ilə vuruşacağam.” Sonra həzrət astadan buyurdu: "İnşaəllah.” Soruşdum ki, nə üçün savaşdan uca danışır, asta səslə "inşaəllah” deyirsiniz? Həzrət buyurdu: "Döyüş hiylədir. Mən isə yalançı deyiləm. Məqsədim ətarafımdakıları savaş üçün ayağa qaldırmaqdır.” Sonra həzrət hazırkı ayəni oxuyub əlavə etdi: "Allah Fironun anlamayacağını bilirdi. Amma Musanı Fironun üstünə qaldırmaq üçün belə deyirdi.”("Əraf”, 127)
Bildirişlər
1. Böyük məqsədlərə çatmaq üçün insanlar tərbiyə olunmalıdır.
2. Allahın peyğəmbərlər üçün xüsusi proqramları var.
3. Öncə özünütərbiyə, sonra cəmiyyətin islahı!
Bir şəxsi müəyyən işə müdir təyin etdikdə onun ruhiyyəsini eşq, iftixar və təsəlli ilə gücləndirməyə çalışaq.
5. Qarşı tərəfi bəzən gətirtmək, bəzən isə ona doğru getmək lazımdır.
6. Bəzi mərhələlərdə elçi və peyğəmbər tək olmamalıdır.
7. Təbliğatçı təbliğ vasitələri ilə silahlanmalıdır.
8. Təbliğatçı şücaətli, qətiyyətli və nüfuzedilməz olmalıdır. Yalnız belə bir təbliğatçı zalım hakimlərin qüdrəti qarşısında özünü itirməz, Allahı unudub vəzifəsini boşlamaz.
9. Allaha tam və daimi diqqət müvəffəqiyyət rəmzidir.
10. Təbliğ, tərbiyə, yaxşılığa əmr və pisliyə qadağa Allahın zikri sayılır.
11. Peyğəmbərlərin ən böyük məqsəd və xidmətlərindən biri zalım rejimlə mübarizə və allahpərəstliyə yol açmaqdır.
12. Yaxşılığa əmr və pisliyə qadağa (əmr be məruf və nəhy əz münkərdə) ilk addım yumşaq bəyandır.
13. Ümid xoş rəftaradır, sərtlikdən bir şey gözlənilmir.
14. Təlim-tərbiyəyə səmimi söhbətlərlə başlamaq lazımdır. (Allah-təala əziz Peyğəmbərə (s) buyurur: "(Xalqla yumşaq rəftar et.) Ən azğın adamlarla belə öncə yumşaq və xoş danışmaq lazımdır.
15. Heç vaxt başqalarının islahından ümidimizi üzməyək.
16. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıq və tərbiyədir.