NUR TƏFSİRİ: Taha surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Allah) buyurdu: «Qorxmayın, həqiqətən, Mən sizinləyəm, eşidirəm və görürəm.»”
Nöqtələr
"Fərt” dedikdə sürət götürmək, önə keçmək mənaları anlaşılır. "Ən yəfrutə ələyna”, yəni qorxuruq ki, biz dəlil və möcüzələrimizi göstərməmiş, Firon bizi qabaqlayıb, Bəni-İsrailə münasibətdə tüğyanını artıra.(Ənkəbut”, 61)
İnsan həyatında qorxu təbii bir hadisədir. Bütün insanlar təhlükə ilə üzləşdikdə qorxurlar. Amma peyğəmbərlərin Allahdan qeyrisindən qorxması bəyənilməmiş və məzəmmət olunmuşdur.
Bildirişlər
1. Problemləri araşdırmaq, ehtimal olunan maneələri nəzərdən keçirmək və gələcəklə bağlı ehtiyatlanmaq ixlas və peyğəmbərlik məqamına zidd deyil.
2. Fitnə-fəsad törətmək, şayiə yaymaq zalımlara xas xüsusiyyətdir. Onlar mühiti zəhərləyir, ilahi insanlara böhtan atır, haqq sözü eşitdikdən sonra qarışıqlıq salırlar ki, söz təsirsiz qalsın.
3. Allah hüzuruna iman, ilahi yardımlara əminlik şücaət amilidir və möminlərin ruh yüksəkliyinə səbəb olur.
4. Bir şəxsə müəyyən iş tapşırdıqda onu təmin etmək, ruhiyyəsini gücləndirmək lazımdır.
5. Bütün insanlar ilahi mərhəmətdən faydalansa da, Allahın peyğəmbərlərə olan lütfü daha artıqdır.