Əsas məzmuna keç

Taha ‏ surəsi - 48-ci Ayə

Surə 20
Ayə 48

Azərbaycan dilində tərcümə

Həqiqətən bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.
Taha ‏ surəsi , 48-ci ayə
Taha ‏ surəsi 48-ci ayə
Tam Surə

Taha ‏ surəsi 48-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 48

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Ona deyin,) həqiqətən, bizə vəhy olunub ki, əzab (ilahi ayələri) təkzib edib boyun qaçırana aiddir.”

Nöqtələr
Zalım başçıların tərbiyəsi çox çətin və mühüm olduğundan Allah Firona doğru hərəkət etməyə yenə də göstəriş verir.
Bu ayələrdə 3 etiqadi əsas yada salınır: tövhid, nübuvvət və məad.
Allah Musa və Harunun görəcəyi işləri beş mərhələyə bölür: Getmək, demək, dəlil göstərmək, təşviq etmək, xəbərdarlıq etmək.
Bildirişlər
1. Haqqa çağırış və təbliğ müdafiə xarakterli olmamalıdır.
2. Peyğəmbərlərin risaləti Allahın rübubiyyət şənindəndir.
3. Təkəbbürlülərin qürurunu sındırın. Özünü Rəbb sayanlarla "sənin Rəbbin” təbirini işlətməklə söhbət aparılır.
4. Yumşaq danışıq qətiyyət və aşkarlıqla zidd deyil.
5. İnsanları zalım hakimlərin zülm-sitəmindən qurtarmaq peyğəmbərlərin ilkin vəzifəsidir. (Bəli, din siyasətdən ayrı deyil. Zalım güclərlə mübarizə və xalqı azadlığa çıxarmaq ilahi göstərişlərdəndir.)
6. Zülm və günah mühitindən hicrət qurtuluş üçün müqəddimədir. Öncə azadlıq, sonra iman.
7. Zalım hakimlə mübarizə və xalqın azadlığa çıxarılması ilahi prinsiplər əsasında həyata keçirildikdə dəyərli olur.
8. Xalqa əzab-əziyyət vermək qadağandır.
9. Məmurların əməllərinə görə həm də onların başçıları məsuliyyət daşıyır. Firon özü şəxsən kimisə cəzalandırmasa da, əsas amil odur.
10. Yetərli əmniyyət və salamatçılıq yalnız ilahi göstərişlərə itaətlə əldə oluna bilər.
11. Zalım hakimlərə, sitəmkarlara, hidayət yolunda olmayanlara salam vermək qadağandır.
12. Əsas məsələ haqqa itaətdir.
13. Sözün sonunda salam vermək danışıq ədəblərindəndir.