NUR TƏFSİRİ: Taha surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Firon) dedi: «Bəs ötən nəsillərin halı necədir?»”
Nöqtələr
"Bal” fikir mənasını bildirsə də, hal mənasında da işlədilir.
Firon üçün xaliqlik yox, Rəbblik mühüm görünürdü. O, xaliqlik iddiasında deyildi və özünün də məbudu vardı.("Taha”, 50.)Kafirlər də Allahı xaliq olaraq qəbul edirlər.("Şuəra”, 78) Fironun iddiası Rəbblik, başqa sözlə rəhbərlik, mütləq hakimiyyət idi. Bu səbəbdən də Musa ona cavab olaraq buyurdu: ”Varlıq aləminin xaliqi, Rəbbi və hakimi birdir.
Bütün peyğəmbərlər insanları tövhidə çağırmış, yalnız ilahi yolu kamillik yolu saymışlar. Həzrət İbrahim buyurur: "Məni yaradan Allah məni hidayət etdi.”("Əla”, 2, 3.) Həzrət Musa buyurdu: "O, hər şeyə yaranış verdi və hidayət etdi.”("Təfsire-rahnüma”. )Həzrət Məhəmməd (s) isə belə buyurmuşdur: "Xəlq edib nizama salan, müəyyən edib yol göstərən Allah.”(Təfsire-Əl-mizan”. )
Hərəkət və qiyama rəhbərlik Musaya aid idi. Musa Fironun hüzuruna Harunla getsə də, rəhbər olduğundan Firon "ya Musa” deyə müraciət edir.
Bildirişlər
1. Mübahisə doğuran məsələ Allahın xaliqliyi yox, Rəbbliyi, rübubiyyəti, idarəçiliyidir.
2. Zalım güclərin ruhiyyəsi onların danışıq və sorğu-sualından da hiss olunur.
3. Allahın bizə verəcəyi yoxdur, nə verirsə hədiyyədir.
4. Bir olan Allah həm yaradır, həm də təkvini (təbii) hidayətlə idarə edir. (Bəli, O yaratdıqdan sonra həyat və kamilləşmə üçün yol qoyur.)
5. Allah hər bir mövcuda kamil yaranış, münasib xüsusiyyətlər əta etmişdir.
6. Allahın doğru yola yönəltməsi Onun Rəbblik, rübubiyyət şərtidir.
7. Rəbblik, idarəçilik yalnız Yaradanın haqqıdır.
8. Bütün mövcudlar ilahi hidayətdən bəhrələnir. Varlıq aləminə hakim olan bütün qanunlar və insandakı meyllər ilahi hidayətdəndir.
9. Məntiqlə üzbəüz dayandıqda ata-babaların yoluna üz tutmaq olmaz.
Musa məntiqlə danışırdı, amma Firon söhbəti tarixi məcraya yönəldirdi. O bu yolla xalqın hisslərini oyatmaq istəyirdi.