NUR TƏFSİRİ: Taha surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Musa) dedi: «Onun (ötən nəsillərin halının) elmi Rəbbimin yanında bir kitabdadır. Rəbbim nə itirər, nə də unudar.»”
Nöqtələr
Firon ötən qövmlərin və ölülərin halı haqqında soruşduqda Musa ətraflı cavab verə biləcəyi halda xalqın ata-babalara həssaslığını nəzərə alaraq, uyğun cavabla kifayətləndi və bildirdi ki, uyğun biliklər Allaha aiddir. Belə bir cavabla həm mülayim danışıq qaydasına əməl etdi, həm də bəhanə və irad üçün onların əlinə əsas vermədi.
Bildirişlər
1. Peyğəmbərlər nəyi bilmirdilərsə və ya açıqlamaq istəmirdilərsə, həmin biliyi Allaha aid edirdilər.
2. Tərbiyəçi danışıqda siyasətçi olmalı, bəzən ətraflı cavab verib, bəzən susmaqla düşmənin əlinə bəhanə verməməlidir.
3. İlahi nizamda hər bir şeyin hesab-kitabı var.
4. İlahi kitab çox əzəmətli və böyükdür.
5. İlahi elmdə xətaya yol yoxdur. (Xəta həqiqəti bilməyənlərə aiddir. Hər şeyin batini və zahirindən olduğu kimi xəbərdar olan Allah tərəfindən hansısa xəta ehtimalı mövcud deyil.)
6. İnsanın biliyinin iki bəlası var: ya öncədən yanlışlığa yol verib həqiqəti düzgün müəyyənləşdirmir, ya da öyrəndikdən sonra unudur. Allahın elmi isə bu iki bəladan amandadır.
7. Yanlışlıq və unutqanlıqdan uzaq olan bir varlığın rübubiyyət haqqı var.