NUR TƏFSİRİ: Taha surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytarar və növbəti dəfə ondan xaric edərik.”
Nöqtələr
"Nuhyə” sözünün cəm forması olan "nuha” sözü "nəhy” kökündən olub, saxlamaq mənasını bildirir. "Ulin-nuha” dedikdə ağıl və düşüncə sahibləri mənası nəzərdə tutulur. Bu səbəbdən də insanı azğın istəklərdən çəkindirən ağıl "nuhyə” adlandırılmışdır.(Bihar”, c. 85, s. 132)
Əziz Peyğəmbərdən (s) "ulin-nuha” təbiri haqqında soruşulduqda həzrət buyurdu: ”Onlar gözəl əxlaq sahibidirlər, ata-analarına yaxşılıq edirlər, fəqirlərə, ehtiyaclı qonşulara, yetimlərə yardım əli uzadırlar, aclara qida verirlər, yer üzündə sülh və asayişi möhkəmləndirirlər, başqaları yuxuda olan vaxt namaz qılırlar.”("Nəhcül-bəlağə”, s. 58.)
Həzrət Əli (ə) namazın səcdələrini bu ayəyə işarə sayaraq buyurur: "Birinci səcdənin mənası budur ki, Pərvərdigara, mən öncə torpaq idim. Başı səcdədən qaldırmaqla bildirilir ki, məni torpaqdan Sən yaratdın. İkinci səcdənin mənası budur ki, Sən məni torpağa qaytararsan. İkinci səcdədən qalxma isə belə mənalandırıla bilər: Sən qiyamət günü məni növbəti dəfə torpaqdan dirildərsən.”("Əla”, 14)
Bildirişlər
1. Nəbatat aləmi də məqsədli yaradılmışdır.
2. Nəbatat aləminin rəngarəngliyi ehtiyacların müxtəlifliyi ilə əlaqədardır.
3. Dördayaqlılar (mal-qara) insan üçün yaradılmışdır.
4. Maddiyyat sizi Allah zikrindən uzaq salmasın.
5. İnsanın yaranış qaynağı və maddəsi torpaqdandır.
6. Təbiət haqqında düşüncə allahşünaslıq yollarından biridir.
7. Ağılın varlığından daha mühüm olan, ondan istifadə və ona itaətdir.
8. İnsan torpaqda dəfn olunmalıdır.
9. Məad cismanidir.