Əsas məzmuna keç

Taha ‏ surəsi - 57-ci Ayə

Surə 20
Ayə 57

Azərbaycan dilində tərcümə

Dedi: Ey Musa! (Öz) cadun vasitəsi ilə bizi öz torpağımızdan çıxarmağa gəlmisən?!
Taha ‏ surəsi , 57-ci ayə
Taha ‏ surəsi 57-ci ayə
Tam Surə

Taha ‏ surəsi 57-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 57

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Firon) dedi: «Ey Musa! Sən öz sehrinlə bizi torpağımızdan çıxarmağamı gəlmisən?!»”

Bildirişlər
1. Allah-təala fironlar üçün də höccəti tamamlayır, yetərli dəlillər gətirib bəhanəyə yer qoymur.
2. Bəzi inkarçılara bir möcüzə bəs edir. Firon kimi zalım hakimlərə isə çoxsaylı möcüzələr göstərmək lazım gəlir.
3. İnsanın qəlbi və ruhu xəstələndikdə heç bir dəlil onu qane edə bilmir.
4. İnadkar insan İblis kimidir. "Bəqərə” surəsinin 34-cü ayəsində şeytanın inadkarlığı qeyd olunur.
5. Zalım hakimlər çıxılmaz vəziyyətə düşdükdə insanların müxtəlif hisslərindən, vətən sevgisindən sui-istifadə edib, onları təhrik edirlər.
6. İlahi insanlara qarşı böhtan və sui-zənn zalım hakimlərin üslublarındandır.