Əsas məzmuna keç

Taha ‏ surəsi - 61-ci Ayə

Surə 20
Ayə 61

Azərbaycan dilində tərcümə

Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
Tam Surə

Taha ‏ surəsi 61-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 61

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Musa onlara (fironçulara) dedi: «Vay olsun sizə! Allaha iftira yaxmayın, sizi ağır əzabla həlak edər. Şübhəsiz, (Allaha qarşı) iftiraya yol verən kəs nakam və ziyankar olar.»”