NUR TƏFSİRİ: Taha surəsi / ayə 62
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Onlar öz işləri ilə bağlı çəkişir, xəlvəti pıçıldaşırdılar.”
Bildirişlər
1. Möcüzəni sehr saymaq Allaha qarşı iftiradır.
2. Möcüzədən öncə xalqa xəbərdarlıq etmək zəruridir. Möcüzədən öncə Musa xalqa müraciət etdi.
3. Allaha qarşı iftira yaxan kəs dünyada nakam qalası, axirətdə ağır əzabla cəzalandırılasıdır.
4. Yalan və iftira ilə heç vaxt məqsədə çata bilmərik.
5. Haqq qarşısında dayanan kəs həlak olar.("Təfsire-Məraği”. )
6. Siz əmr be məruf və nəhy əz münkər edin. Sizin yaxşılığa əmr, pisliyə qadağanız bir dəstəyə təsir etməsə də, digər bir dəstədə tərəddüd yaradar.
7. Düşmənlər öz aralarındakı ixtilafı gizlədirlər.