Əsas məzmuna keç

Taha ‏ surəsi - 64-cü Ayə

Surə 20
Ayə 64

Azərbaycan dilində tərcümə

Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.
Taha ‏ surəsi , 64-cü ayə
Taha ‏ surəsi 64-cü ayə
Tam Surə

Taha ‏ surəsi 64-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 64

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Qurğularınızı cəmləyin, sonra bir cərgəyə düzülün. Şübhəsiz, bu gün qələbə üstünlük əldə edən kəsindir.”

Nöqtələr
Məsulların və hakimlərin xalqın hansı etiqadda olmasında mühüm rolu var. Firon 57-ci ayədə Musaya deyirdi: "Sən sehr yolu ilə bizi məmləkətimizdən çıxarmaq istəyirsən.” Bu ayədə isə eyni sözləri Fironun tərəfdarları təkrarlayırlar.
İlahi insanların məntiqinə əsasən qələbə təqvalılara, pəhrizkarlara məxsusdur.("Ali-İmran”, 139) Dünyanın super güclərinin şüarı üstünlük və hakimlikdir.
Bildirişlər
1. Zalım hakimlər xalqı ilahi insanlara qarşı qaldırmaq üçün onları milli ayinlərə müxalif kimi tanıtdırırlar.
2. Malikiyyət (mülk sahibliyi) təbii bir istəkdir. İnsanlar bu istəyə qarşı çıxanlarla mübarizə aparır. (Vətən sevgisi bütün insanlarda mövcud olan fitri istəkdir.)
3. Vəhdət qələbə, ixtilaf isə süqut rəmzidir. Fironçular bütün köməkçilərini həmkarlığa və qüvvələrin səfərbərliyinə çağırdılar.
4. Nizam-intizam düşməni qorxuya salan amillərdəndir.
5. Düşmənlər haqqı aradan götürmək üçün bir məqsəd ətrafında toplanır və bütün hərəkətlərini uyğunlaşdırırlar.