NUR TƏFSİRİ: Taha surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Musa qorxduğunu hiss etdi. (Məbada, xalq bu sehrə aldana!)”
Nöqtələr
"Həbl” sözünün cəm forması olan "hibal” sözü kəndir mənasını bildirir. "İsiyy” sözü isə əsa sözünün cəm formasıdır.
"Əvcəs” dedikdə gizli səs mənası anlaşılır.
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 6-cı xütbəsində "fəəvcəsə fi nəfsihi” təbiri ilə bağlı buyurur: "Musa qorxurdu ki, sehr cahil xalqa təsir etsin.”
Bildirişlər
1. Azad buraxmaq haqlılıq nişanəsi deyil. (Fironun tərəfdarları və sehrbazlar Musanı iki yoldan birini seçməkdə azad buraxdılar.)
2. Müxaliflərə əməli azadlıq icazəsi verək, sonra möhkəm və məntiqi cavabla onları rədd edək.
3. Cavab vermək və nöqsanı aradan qaldırmaq üçün şübhə təlqininə icazə var.
4. Sehr əşyanın mahiyyətini dəyişmir. Sehr nəticəsində sadəcə görüntülər dolaşır və insanın idrakına təsir göstərir.
5. Rəhbərlər öz nigarançılıqlarını düşmənə hiss etdirməməlidir.
6. Peyğəmbər də digər insanlar kimi fərqli ruhiyyələrdə olur.