Əsas məzmuna keç

Taha ‏ surəsi - 73-cü Ayə

Surə 20
Ayə 73

Azərbaycan dilində tərcümə

Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir.
Taha ‏ surəsi , 73-cü ayə
Taha ‏ surəsi 73-cü ayə
Tam Surə

Taha ‏ surəsi 73-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 73

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, xətalarımızı, bizi vadar etdiyin sehrləri bizə bağışlasın. Allah daha üstün və əbədidir.”

Nöqtələr
"Xətiə” sözünün cəm forması olan "xətaya” sözü bilərəkdən yol verilən günahlar mənasını ifadə edir.("Təfsire-fi zilalil Quran”.)
"Ma əkrəhtəna ələyhi minəs-sihr”, yəni biz Allahdan sənin məcbur etdiyin xətalara görə bağışlanma diləyirik. "Sehrə məcburiyyət” dedikdə sehrbazların bir yerə toplanması və sehr göstərməyə vadar edilməsi nəzərdə tutulur.
Allah yolunda canından keçən kəs hər an inkişafdadır. Sehrbazlar bu ayələrdə Allahı üç təbirlə xatırlamışdır.
İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə oxuyuruq: "Özünü başqalarından üstün bilən hər kəs təkəbbür əhlidir.” İmamdan soruşdular ki, "özünü günahkarlardan üstün sayan pak insanlar da təkəbbür əhli sayılırmı?” İmam sehrbazların iman gətirməsi mövzusunu bəyan etdi və buyurdu: ”İnsan bəzən bir neçə anda fikrini dəyişir. Buna görə də özünüzü üstün saymayın. Çünki işin sonundan xəbərsizsiniz.”("Ali-İmran”, 90.)
Bildirişlər
1. İnsanlar əqidə və iman seçimində azad buraxılıblar. İnsanların əqidəsini zorla dəyişmək olmaz.
2. Elə edin ki, düşmənlər sizdən ümidlərini üzsünlər.
3. İman insana qüdrət və cürət verir. Sehrbazlar iman gətirdikdən sonra Firona qarşı çıxdılar.
4. Məntiq və bəsirətə əsaslanan iman dəyərlidir.
5. Dünyanın super gücləri həqiqi möminlərin gözündə aciz və dəyərsizdirlər.
6. İlahi dəyərlərin müdafiəsi yolunda insanın candan keçməyə hazırlığı gerçək iman nişanəsidir.
7. İmansız insan zalım rejimin hədiyyələrinə meyl göstərir. Həqiqi mömin isə Allahdan savay nə varsa kiçik və dəyərsiz sayır.
8. İlahi əfvə nail olmaq üçün ilk addım Allaha iman gətirməkdir.
9. Sehr-cadu günahdır və bu işi görən tövbə etməlidir.
10. Zalım hakimlər xalq arasındakı mütəxəssislərdən sui-istifadə edirlər.
11. Düşmənlə düşmən kimi davranın. Firon özünü öydüyü vaxt iman gətirmiş sehrbazlar Allahı öydülər.