Əsas məzmuna keç

Taha ‏ surəsi - 76-cı Ayə

Surə 20
Ayə 76

Azərbaycan dilində tərcümə

(Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!
Taha ‏ surəsi , 76-cı ayə
Taha ‏ surəsi 76-cı ayə
Tam Surə

Taha ‏ surəsi 76-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 76

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Altından çaylar axan əbədi bağlar! Onlar həmişə orada qalacaqlar. Bu, özünü paklayanların mükafatıdır.”

Nöqtələr
Sehrbazlar iman gətirdikdən sonra Firona dedilər: "Sənin işgəncələrin, qətl hökmün bu bir neçə günlük dünyaya aiddir. Allahın qəhr-qəzəbi və ya lütfü isə daimidir. Cəhənnəmə düşən hər bir kəs orada əbədi qalasıdır. Behişt əhli də behiştdə əbədidir.
Möminin yeri behiştdir. Behiştdəki dərəcə isə insanın nə həddə paklanmasından asılıdır. İnsan çalışmalı, bütün yönümlərdə özünü çirkinliklərdən təmizləməlidir. Ruhu azğın əqidələrdən, əxlaqı çirkin adətlərdən, cismi bulaşıqlıqlardan, əməl və rəftarları çirkin işlərdən paklamaq mühümdür.
Bildirişlər
1. Tövbə etməyən şəxs qiyamət səhnəsinə günahkar kimi gətirilər. (Sehrbazlar dedilər: "Biz iman gətirdik ki, Allah bizim tövbələrimizi qəbul edib bağışlasın.” Sonra əlavə etdilər ki, Allahın hüzuruna günahkar gələn kəs cəhənnəmə düşəsidir.)
2. Günahdan da pisi günahkar halda ölməkdir.
3. İnsan öz imanını ömrünün son anınadək qorumalıdır.
4. İnsan əqidə seçimində azad buraxılıb.
5. İman saleh əməldən ayrı deyil.
6. Həqiqi mömin hər bir saleh iş üçün amildir.
7. Behiştin silsilə mərhələləri var.
8. Paklanma behiştin açarıdır.
9. Mömin özünütərbiyə və paklanma əhlidir.