NUR TƏFSİRİ: Taha surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Firon öz qövmünü azdırdı və doğru yola aparmadı.”
Nöqtələr
Sehrbazlar və Misir camaatı Musaya iman gətirdiyi vaxt Fironun hədələrindən çəkinmədi. Beləcə, ilahi yardım yolu açıldı. Musaya xitab olundu ki, camaatı gecə vaxtı Misirdən yola çıxarsın, onlar üçün dəryadan yol açılıb və Fironun şərindən qorunublar.(Əraf”, 23. )
"İsra” sözü gecə vaxtı hərəkət mənasını bildirir. Öncə suyu olmuş, sonradan qurumuş yer "yəbəs” adlanır. "Dərək” dedikdə insanı yaxalamış zərər, "ibadi” dedikdə Bəni-İsrail nəzərdə tutulur.
Bildirişlər
1. Peyğəmbərlərin hərəkəti və mübarizə üsulu ilahi vəhyə əsaslanır.
2. Qürbətdə izzət vətəndə zillətdən üstündür.
3. Əgər çirkin mühiti dəyişə bilmiriksə, heç olmasa həmin mühitdən uzaqlaşaq.
4. Peyğəmbərlərin göndərilməsində məqsədlərdən biri insanları zalım hakimlərin şərindən qurtarmaqdır.
5. Zalıma qarşı ilk addım onun ətrafını boşaltmaqdır.
6. Allah məhrumların yardımçısıdır.
7. Xalqın hidayət və idarəçiliyi ilahi rəhbərlərin vəzifəsidir.
8. Musanın möcüzəsi cəmiyyəti elə silkələdi ki, Firon özü onları təqib etməyə məcbur oldu.
9. Dərya da təbiətin bir hissəsi olaraq Allahın qəhrinə və ya mehrinə tabedir.
10. Cəmiyyət rəhbərlərinin və hakimlərin xalqın hansı yolu tutmasında mühüm rolu var.
11. Azğın şüarları cavabsız qoymayaq. Firon öz əməl və rəftarlarına görə lazımınca cavab aldı. O nəinki xalqı doğru yola çəkmədi, əksinə azğınlığa sürüklədi.