Əsas məzmuna keç

Taha ‏ surəsi - 80-cu Ayə

Surə 20
Ayə 80

Azərbaycan dilində tərcümə

Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik.
Taha ‏ surəsi , 80-cu ayə
Taha ‏ surəsi 80-cu ayə
Tam Surə

Taha ‏ surəsi 80-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 80

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Ey Bəni-İsrail! Həqiqətən, Biz sizi düşmənlərdən qurtardıq. Sizinlə Tur dağının sağında vədələşdik. Sizin üçün «mənn» və «səlva» (kimi qidalar) nazil etdik.”

Nöqtələr
Bəni-İsrailin Fironun sitəmindən xilas edilməsi və onlara "mənn” və "səlva” kimi qidalar verilməsi Quranda dəfələrlə yada salınmış mövzulardandır.
Zahirən "mənn” bal, "səlva” əti halal və dadlı quş növüdür.
Turun sağ tərəfində vədələşmə dedikdə, həzrət Musanın Bəni-İsraildən olan bir qrupla Tura getməsi və orada Tövrat lövhələrinin Musaya nazil olması nəzərdə tutulur.
Bildirişlər
1. İlahi nemətlərin yada salınması peyğəmbərlik vəzifələrindən biri, insanın inkişaf və təşəkkülü üçün zəmindir.
2. Azadlıq və əmin-amanlıq Allahın böyük nemətlərindəndir və digər nemətlərdən istifadə üçün zəmindir.
3. Zalım rejimin süqutundan və yeni hökumət təşkil olunduqdan sonra ilkin ehtiyac qanundur. (Allah Tövrat və ilahi qanun əta edəcəyini vəd vermişdir.)
4. Bütün lütflər Allah tərəfindəndir.
5. Mənəvi nemət maddi nemətdən öndə gəlir. Öncə Tövrat, sonra qidalar yada salınır.