NUR TƏFSİRİ: Taha surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin, (amma) tüğyan qoparmayın, yoxsa qəhr-qəzəbim sizi bürüyər. Qəzəbimə düçar olan kəs, şübhəsiz, süqut etmişdir.”
Bildirişlər
1. Bir şeyin haramlığı məlum deyilsə, ondan istifadəni halal saymaq lazımdır. Halal şeyləri haram etmək qadağandır.
2. İlahi dinlər qidalanmada təmizlik məsələsinə diqqət yetirir.
3. Halallıq meyarlarından biri xoşagəlimlikdir. (Təbiətə uyğun, xoşagələn şey "təyyib” adlanır.)
4. Şəriətin qidalanma ilə bağlı hökmlərinə riayət etməmək tüğyan üçün zəmindir.
5. Zülmdən qurtulmuş ümmətlər üçün tüğyan təhlükəsi var.
6. Allahın halallarını haram yolda istifadə etməyək.
7. Ehtiyacdan artıq məsrəf ilahi hökmdən çıxmaqdır.
8. Allahın tüğyan qoparanlara qarşı qəzəbi ciddi xəbərdarlıqdır.
9. İstifadədə həddi aşıb tüğyan qoparmaq kəbirə günahlardandır. Çünki belə bir işə görə ilahi əzab vəd olunmuşdur.
10. Əsil süqut siyasi, iqtisadi uğursuzluq yox, Allahın qəzəbinə düçar olmaqdır.