NUR TƏFSİRİ: Taha surəsi / ayə 82
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Şübhəsiz, Mən tövbə edib iman gətirən, saleh işlər görüb doğru yolu tutan hər kəsi bağışlayaram.”
Nöqtələr
Xəbərdarlıqla başa çatan ötən ayədən sonra bu ayədə müjdə verilir. Xəbərdarlıqla müjdənin yanaşı gətirilməsi bütün Quran boyu müşahidə olunur.
Günahların tövbəsi günaha münasib olmalıdır. Məsələn, namaz qılmayanın tövbəsi namazın qəzasını yerinə yetirmək, xalqa əziyyət verənin tövbəsi üzr istəmək, haqqı gizlədənin tövbəsi onu bəyan etmək, şirkə batanın tövbəsi iman gətirmək, xalqın malını qəsb edənin tövbəsi malı sahibinə qaytarmaqdır.
Bu ayədə tövbəkarların bağışlanmasından danışılsa da, digər ayədə oxuyuruq: "İman gətirdikdən sonra küfr edən və küfrünü artıran kəslərin tövbəsi heç vaxt qəbul olunmayacaq.”("Hud”, 47.)
İlahi peyğəmbərlər də Allahdan bağışlanma diləmişlər: Adəm (ə)("Şuəra”, 82.); Nuh (ə)("Əraf”, 151); İbrahim (ə)("Maidə”, 118.); Musa (ə)("Nəsr”, 4.); İsa (ə)("Kafi”, c. 8, s. 393. ); Məhəmməd (s).("Təfsire-Safi”. )
"İhtəda” rəvayətlərə əsasən Əhli-beytin (ə) vilayətinə işarədir(Təfsire-Məraği”. )
Bildirişlər
1. Allahın qəzəbinə gələnlər üçün də tövbə yolu açıqdır.
2. İnsanın haqqa doğru gerçək qayıdışının Allah tərəfindən bağışlanma və bir çox başqa təsirləri vardır.
3. Tövbə müəyyən şərtlərlə qəbul olunur: qayıdış, iman, saleh əməl, doğru yolun qəbulu.
4. Hidayətin, doğru yolun qəbulu olmayan yerdə hətta iman və saleh əməl də bəs etmir. (Bəli, iman və saleh əməl olsa, amma insan ilahi hidayətçilərin yolunu davam etdirməsə, samirilərin və bələmlərin ovuna çevrilər.)
5. Mömin olmaq mühümdür. Amma mömin qalmaq daha əhəmiyyətlidir.