Əsas məzmuna keç

Taha ‏ surəsi - 87-ci Ayə

Surə 20
Ayə 87

Azərbaycan dilində tərcümə

Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.
Taha ‏ surəsi , 87-ci ayə
Taha ‏ surəsi 87-ci ayə
Tam Surə

Taha ‏ surəsi 87-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 87

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(İnsanlar Musaya) dedilər: «Biz öz istəyimizlə vədə xilaf çıxmadıq. Onun (Fironun) qövmünün bər-bəzəkləri ilə yüklənmişdik. Biz onları (oda) atdıq. Samiri bu sayaq (bizə) təlqin etdi.»”

Bildirişlər
1. Günahkarlar cəzadan qaçmaq üçün xaricdən məcburiyyət, sıxıntı kimi bəhanələr gətirirlər.
2. Haram mal haram işə sərf olar. (Fironçuların zülm yolu ilə əldə etdiyi bər-bəzəklər sonda buzovun düzəldilməsinə xərcləndi.)("Mufrədati-Rağib”.)
3. Dünyaya aid bir çox görüntülər, bər-bəzəklər və mal-mülk insan üçün dərd-bəladır.
4. Azğınlar xalqın öz sərmayəsindən onu azdırmaq, çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.
5. Zəif imanlı və müti cəmiyyət özü hər şeyi asanlıqla əldən verir.
6. Azğınların təlqini və sənəd nümayişləri cəmiyyətə təsirsiz qalmır.
7. Günahkar şəxs öz günahını başqasının boynuna atmağa çalışır.
8. Ən böyük zərbələr azğınlıq amillərinin özünə aiddir.