Əsas məzmuna keç

Taha ‏ surəsi - 89-cu Ayə

Surə 20
Ayə 89

Azərbaycan dilində tərcümə

Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
Taha ‏ surəsi , 89-cu ayə
Taha ‏ surəsi 89-cu ayə
Tam Surə

Taha ‏ surəsi 89-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 89

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Görmürlərmi ki, (buzovun) onlara heç bir cavabı yoxdur və onlar üçün xeyir-zərər sahibi deyil?!”

Nöqtələr
Samirinin ustalıqlarından biri bu idi ki, buzovu xalqın gözü qarşısında düzəltmədi. Xalq birdən birə səs çıxaran buzov heykəli ilə üzbəüz qaldı.
Bəni-İsrailin ağlına da gəlmədi ki, əgər buzov pərəstişə layiqdirsə, onu düzəldən Samiriyə daha öncə pərəstiş edilməlidir.
Bildirişlər
1. Sosioloji və psixoloji əsaslara malik sənət əsəri daha təsirlidir. (Samirinin tez bir zamanda müvəffəqiyyət qazanmasının səbəbi onun cəmiyyətdəki bütpərəstlik və buzovpərəstlik zəminini və rəhbərin olmamasını nəzərə alması idi.)
2. Azğın insanın ixtiyarındakı sənət sərxoşun əlindəki xəncər kimidir. Samirinin buzovu da bu qəbildən idi.
3. Heykəltəraşlığın, metal əritmənin və tökməçiliyin uzun keçmişi var.
4. Hər bir ümmət və inqilabı hədələyən ən böyük təhlükə irtica, dinsizlik, azğın mədəniyyətdir.
5. Bütün insanların fitrətində allahpərəstlik var. Peyğəmbərlər doğru yol və həqiqi məbudu göstərirsə, samirilər insanları əyri yola və buzovpərəstliyə çağırırlar.
6. Haqpərəst rəhbəri böhtanla sıradan çıxardıqdan sonra onların ətrafını aradan götürmək asanlaşır.
7. İlahi göstərişləri unutmayın. Din rəhbərlərindən uzaq düşməyin nəticəsi azğınlıq və bədbəxtlikdir. (Qeyd olunur ki, Samiri Musanın tərəfdarlarından idi, sonradan onunla bağladığı əhdi unutmuşdu.)("Təfsire-nümunə)
8. Peyğəmbər yolu dəlil və məntiq yoludur. (Ağıl deyir ki, insanın üz tutduğu məbud ona mənfəət verib, zərərdən qorumaq qüdrətinə malik olmalıdır.)