Əsas məzmuna keç

Taha ‏ surəsi - 91-ci Ayə

Surə 20
Ayə 91

Azərbaycan dilində tərcümə

Dedilər: «Musa bizim yanımıza qayıtmayınca biz bundan (bu buzova ibadət etməkdən) ayrılmayacağıq.»
Taha ‏ surəsi , 91-ci ayə
Taha ‏ surəsi 91-ci ayə
Tam Surə

Taha ‏ surəsi 91-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 91

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Dindən çıxmış qövm Haruna) dedilər: «Musa yanımıza qayıdanadək bu yoldayıq. (Buzovpərəstlikdən əl çəkməyəcəyik).»”

Bildirişlər
1. Bəziləri o qədər süquta uğrayıb ki, nə ağılın, nə də peyğəmbərin göstərişlərinə məhəl qoymur.
2. Bəni-İsrail agah şəkildə doğru yoldan çıxıb dinə arxa çevirirdi.
3. Rəhbər və onun ardıcıllarının vəzifəsi bidəti ifşa edib höccəti tamamlamaq, bəhanəyə yer qoymamaqdır.
4. Peyğəmbərlər xalqa canıyanandırlar.
5. İnsanların sınağa çəkilməsi qəti ilahi sünnə, qanundur. Lakin sınaq vasitələri müxtəlif ola bilər.
6. Allahın lütf və mərhəmətinin yada salınması insanların düzəliş və tövbəsi üçün zəmin yarada bilər.
7. Peyğəmbərin canişini və nümayəndəsinə itaət vacibdir.
8. İlahi rəhbərlərə itaət insanları fitnə-fəsaddan qoruyan səbəbdir.
9. Peyğəmbərlərin fəryadı inadkar insanlara təsir göstərmir.
10. Bəni-İsrail düşünmək əvəzinə, şəxsiyyətə uyurdu.