Əsas məzmuna keç

Taha ‏ surəsi - 94-cü Ayə

Surə 20
Ayə 94

Azərbaycan dilində tərcümə

Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum.»
Taha ‏ surəsi , 94-cü ayə
Taha ‏ surəsi 94-cü ayə
Tam Surə

Taha ‏ surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Harun) dedi: «(Ey qardaş,) ey anamın oğlu! Saç-saqqalımdan və başımdan tutma. Həqiqətən, qorxdum deyəsən ki, Bəni-İsrail arasına təfriqə saldın, mənim sözlərimi nəzərə almadın!”

Nöqtələr
Həzrət Musa Tur dağından qayıtdıqdan sonra qövmünün doğru yoldan çıxdığını gördü. Onun qınağı üç istiqamətdə yönəldi: xalq, Harun, Samiri.
"Ətyəbul-bəyan” təfsirində bildirilir ki, Harun peyğəmbər və məsum olduğundan öz vəzifəsinə əməl etmişdi. Musanın ona ünvanlanmış məzəmmətləri "qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi ilə izah oluna bilər. Musa xalqın anlaması üçün Harunu qınayırdı.
"Təfsiri-Safi” mənbəsində nəql olunur ki, İmam Sadiq (ə) bu mövzu ilə bağlı buyurmuşdur: "Musa Harunu qınayırdı ki, nə üçün vəziyyəti dərhal ona xəbər verməyib. Ümumi düşüncəni hərəkətə gətirmək, cəmiyyətin ölülərini silkələmək üçün təbliğ gedişində yeni üsullara əl atmaq lazım gəlir. Məhz bu məqsədlə Musa öz məsum canişini ilə belə rəftar etdi. Həzrət Əli (ə) xütbə oxuduğu vaxt özünə möhkəm bir sillə vurdu.
Bildirişlər
1. Rəhbərlər xalqın büdrəmələrinə cavabdehdirlər.
2. Məsulların sükut və biganəliyi məzəmmətə layiqdir.
3. Pis sonluq dindarlıq üçün bəladır.
4. Bir peyğəmbər o biri peyğəmbərə tabe ola bilər.
5. Cəmiyyətə vahid müdiriyyət hakim olmalıdır.
6. Başqalarının qəzəbini soyutmaq üçün xoş sözlərdən istifadə edək.
7. Dindarlıq qohumcanlılıqdan mühümdür.
8. Dini qeyrət və təəssüb peyğəmbərlik şərtidir.
9. Müttəhimə müdafiə imkanı verək.
10. Kişinin saçı uzun ola bilər.
11. Ümmət arasındakı təfriqə təhlükəsi Harun peyğəmbəri də qorxutdu.
12. Vəhdəti qorumaq kiçik bir qrupu xilas etməkdən mühümdür.
13. Hər hansı qərar çıxararkən "əhəmiyyətli və daha əhəmiyyətli” (əhəmm və mühümm) prinsipini nəzərə almaq lazımdır.
14. İnqilabi hərəkatda maneələri nəzərə almaq, birtərəfli baxışdan çəkinmək lazımdır.
15. Təfriqə təhlükəsi azğınlıq önündə sükut təhlükəsindən daha böyükdür.