Əsas məzmuna keç

Taha ‏ surəsi - 96-cı Ayə

Surə 20
Ayə 96

Azərbaycan dilində tərcümə

Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi.»
Taha ‏ surəsi , 96-cı ayə
Taha ‏ surəsi 96-cı ayə
Tam Surə

Taha ‏ surəsi 96-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 96

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Samiri) dedi: «Mən başqalarının anlamadığı bir şey anladım. Rəsulun izlərindən bir ovuc götürdüm, onu (buzova) atdım. Nəfsim bu sayaq həmin işi mənə gözəl göstərdi. (Məni aldatdı.)»”

Nöqtələr
"Bəsurtu” dedikdə adətən cəm forması "əbsar” olan göz mənası yox, cəm forması "bəsair” olan anlamaq mənası başa düşülür.("Təfsire-nümunə)
"Ehticaci-Təbərsi” kitabında bildirilir ki, Həzrət Əli (ə) Bəsrə şəhərini fəth etdiyi vaxt xalq onu dinləmək üçün bir yerə toplandı. Həmin vaxt deyilənləri qeyd edən Həsən Bəsri imamın diqqətini cəlb etdi.
İmam ona uca səslə müraciət edib buyurdu: "Nə edirsən?” Həsən Bəsri dedi: "Sizin dediklərinizi yazıram ki, başqalarına söyləyəm.” İmam buyurdu: ”Bilin ki, hər bir qövmün və cəmiyyətin öz Samirisi var. Ey Həsən, bu ümmətin Samirisi sənsən. Sən məndən peyğəmbərin əsərlərini (izlərini) götürün, öz istəyincə təfsir edib nəfsinin istəkləri əsasında yeni bir məktəb düzəldirsən.”(Zumər”, 68.)
"Əl-mizan”, "Furqan”, "Nümunə” təfsirlərində bildirilir ki, Samiri "rəsulun, izləri” dedikdə Musadan götürdüklərini nəzərdə tuturdu. O deyirdi ki, mən Musanın əsərlərindən bir miqdar götürüb mömin oldum, sonra onu boşlayıb buzov düzəltdim. Yəni bu işi görmək üçün başqalarının xəbərsiz olduqlarını anladım. Belə bir məna yuxarıdakı hədislə daha çox uyğundur.
Bildirişlər
1. Azğınlığı aradan götürmək üçün öncə onun köklərini araşdırmaq lazımdır.
2. İdeoloji düşmənlərlə mübarizə aparmaq lazımdır.
3. İnqilab zamanı xalq bütünlüklə dəyişmir, Samiri kimiləri öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsət gözləyirlər.
4. Bəzən azğın adamlar etiqadlı adamların bilmədiyini öyrənirlər.
5. Azğınlığa yol açanlar xalqın cəhalətindən istifadə edirlər.
6. Batil başçıları xalqı azdırmaq üçün hətta müqəddəsliklərdən sui-istifadə edirlər.
7. Azğın nəfs istəklərinə əsaslanan sənətkarlıq ən böyük təhlükələrdəndir.
8. Öncə öz nəfsinə aldanmayan insan başqalarını aldada bilməz.