Əsas məzmuna keç

Taha ‏ surəsi - 98-ci Ayə

Surə 20
Ayə 98

Azərbaycan dilində tərcümə

Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
Tam Surə

Taha ‏ surəsi 98-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 98

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Ey mənim qövmüm,) həqiqətən, sizin məbudunuz Allahdır, Ondan başqa məbud yoxdur. Onun elmi hər şeyi əhatə edir.”

Nöqtələr
"Təfsiri-Məcməül-bəyan” və "Təfsiri-Safi”də nəql olunmuş bir hədisdə deyilir: Həzrət Musa Samirini öldürmək istəyirdi. Amma Allah ona buyurdu ki, Samiri səxavətli olduğu üçün bu işdən vaz keç. Ona görə də Musa onu Bəni-İsrail arasından qovdu.
"La misasə” təbiri kimsə ilə təmasa yol verməyən xəstəliyə tutulmaq mənasını bildirir. Sonda Samiri ruhi xəstəliyə düçar olub xalqdan uzaqlaşdı.
Kim ona yaxınlaşırdısa, Samiri "məndən uzaq ol” deyə fəryad edirdi.("Taha”, 124.)
Həzrət Musa Samiri üçün bir neçə cəza təyin etdi: qovulma, nifrin, axirət əzabı ilə hədələmə, buzovun yandırılması.
Bildirişlər
1. Günah sübuta yetdikdən sonra günahkar cəzalandırılmalıdır.
2. Nəhy əz münkərin (pisliyə qadağanın) mərhələlərindən biri günahkarların və kafirlərin qovulmasıdır.
3. Azğın əqidə sahibləri cəmiyyətdən çıxarılmalıdır. Düşüncə azadlığı dedikdə xalqı doğru yoldan çəkindirən azğınları azad buraxmaq nəzərdə tutulmur.
4. Peyğəmbərlər qeyb elmi əsasında fərdlərin gələcəyindən xəbər verirlər.
5. Bəzi xəstəliklər ilahi qəzəbdir.
6. Dünyəvi cəza adətən axirət cəzasını yüngülləşdirsə də, puç əqidə yayanlara münasibətdə belə olmur.
7. Dünyəvi cəzalardan qaçmaq mümkün olsa belə, axirət əzabı və ilahi qəzəbdən qurtuluş yolu yoxdur.
8. Ən pis günah günahın israrıdır. (Samiri özü də buzova pərəstiş edirdi.)
9. Günah vasitələri, azğın əsərlər məhv edilməlidir. (İslam Peyğəmbəri (s) fitnəkarlıq məqsədi ilə tikilmiş Zirar məscidinin uçurulmasına göstəriş verdi.)
10. Küfr və şirkə aparan əsərlər xalqın gözü qarşısında məhv edilməlidir.
11. Xalqın əqidəsini qorumaq qızıl-gümüşü qorumaqdan mühümdür. Bəzən pisliklə mübarizə yolunda qiymətli əşyanı fəda vermək lazım gəlir.
12. Dini qeyrət və azğınlıq qarşısında qətiyyət rəhbər üçün zəruri səciyyələrdir. (Qızıl buzovu yandırıb külünü dəryaya səpmək Musanın qəti qərarı idi.)
13. Sübut etmək lazımdır ki, müvəqqəti ömürlü şeylər pərəstişə layiq deyil.
14. Batili məhv etdikdən sonra haqqı bəyan edin.
15. Yalnız hər şeyə elmi əhatəsi olan Allah ibadətə layiqdir.