Əsas məzmuna keç

Taha ‏ surəsi - 99-cu Ayə

Surə 20
Ayə 99

Azərbaycan dilində tərcümə

(Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.
Taha ‏ surəsi , 99-cu ayə
Taha ‏ surəsi 99-cu ayə
Tam Surə

Taha ‏ surəsi 99-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 99

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Ey peyğəmbər,) Biz bu sayaq keçmişin xəbərlərini sənə nəql edirik. Həqiqətən, Biz sənə Öz tərəfimizdən zikr (Quran) vermişik.”
Nöqtələr

Peyğəmbərlərin tarixinin nəqlində bir çox bərəkətlər var. O cümlədən: Elm və agahlığın çox olması, bəsirət əldə olunması və səadət yolunun tapılması, xalqın tənbih və xəbərdar edilməsi, möminlər üçün müjdə və təsəlli.
Bildirişlər
1. Tarixin nəqli Quranın tərbiyə üsullarından biridir.
2. Quran dastanları ən üstün və ən düzgün dastanlardır. Çünki bu dastanları Allah nəql edir, dinləyici peyğəmbərdir və nə deyilirsə həqiqətdir.
3. Tarixi nəql edərkən həyati əhəmiyyəti olmayan xırdalıqların bəyanından çəkinin.
4. Hər tarixi xəbər yox, yalnız mühüm xəbərlər nəql olunmalıdır.
5. Tarix əyləncə yox, ibrət vasitəsidir.
5. Quran mühüm yaddaş və yada salandır.
7. Tarix və Quran dastanlarının qaynağı oradan-buradan eşidilənlər yox, ilahi vəhydir.