NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 106
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Digər bir qrup var ki, onların işi Allahın istəyindən asılıdır. Onlara ya əzab verər, ya da (tövbələrinə xatir) lütf edər. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
"İrca”, sözündən olan "murcəvnə” sözü "təxir” mənasını bildirir. Bu, ümid dolu bir təxirdir.
Bu üç ayədə Allah-təala üç dəstəni yada salır: Mədinədə olan, tanınmayan məxfi münafiqlər (ayə 101); Günahını etiraf etmiş və tövbəyə ümidli azğınlar (ayə 102); Günah üzərində dayanıb tövbə etməmiş azğınlar. (ayə 106)
Rəvayətlərə əsasən ayə həzrət Həmzə və ya Cəfər Təyyarın qatillərini nəzərdə tutur. Onlar peşman olub İslamı qəbul etmişdilər. Amma hələ də qəlblərində iman kök atmamışdı. Ya da Təbuk döyüşündə olmamış və peşman olub dillə etiraf edənlər nəzərdə tutulur.
Bildirişlər
1. Allah istədiyi vaxt günahkarları cəzalandırar və ya bağışlayar.
2. Xətaya yol verənlərin tərbiyəsində fərqli yanaşmalardan istifadə olunmalıdır. Bir qismini qorxu və ümid arasında qoymaq lazım gəlir.
3. Allahın qəhr-qəzəbi və ya lütfü Onun elm və hikmətinə əsaslanır. Bu işdə intiqam amili yoxdur.