NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Orada (Zirar məscidində) heç vaxt (namaza) durma. Həqiqətən, ilk gündən təqva üzərində bina olunmuş məscid namaz qılınması üçün daha layiqdir. (Çünki) o məsciddə paklanmaq istəyində olan kişilər var. Allah pakları sevir.”
Nöqtələr
Öncədən təqva üzərində bina olunmuş məscid Qoba məscididir. Bu məscid Peyğəmbərin (s) Mədinəyə hicrəti zamanı tikilmişdir.
Fəxr-Razi deyir: "Məscidin dəyərli olmasında təqva kökü əsasdırsa, insanın da iman və təqvada öncül olması daha dəyərlidir. İlk gündən iman gətirən həzrət Əli (ə) illər uzunu şirkdən sonra İslamı qəbul edənlərdən üstündür.”
Bildirişlər
1. İslam quruluşuna müxalifətdə dayananların mərkəzinə çevrilmiş məsciddə namaza durmayın.
2. İbadət siyasətdən ayrı deyil. Batili hətta namazla gücləndirmək olmaz. (Küfr, nifaq və təfriqəni təsdiqləmək haramdır.)
3. Rəhbər başqaları üçün nümunədir. Peyğəmbər Zirar məscidinə daxil olmamalıdır ki, başqaları da daxil olmasın. Bu səbəbdən də ayədə Peyğəmbərə (s) xitab olunur.
4. Cəmiyyətin rəhbəri hamıdan qabaq mövqe tutmalıdır.
5. Xalqı fəsad mərkəzlərindən uzaq olmağa çağırırıqsa, onlar üçün sağlam, faydalı mərkəzlər yaratmalıyıq.
6. Hər bir şeyin dəyəri onun bünövrəsini qoyanın məqsəd və niyyətindən asılıdır.
7. Məscid cisim və ruhun paklanma zəminidir.
8. Salehlərlə yoldaşlıq dəyərdir.
9. Məkanların dəyəri oraya get-gəl edən fərdlərin dəyərindən asılıdır. Məscid günbəz və minarəsi ilə yox, pak namaz qılanları ilə seçilməlidir.
10. Namaz və məscid təlim-tərbiyə və paklıq vasitəsidir.
11. Kamillik və paklığa eşq özü bir kamaldır.
12. Paklar Allahın məhbubudurlar.