Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 12-cü Ayə

Surə 9
Ayə 12

Azərbaycan dilində tərcümə

Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.
Ət-Tövbə surəsi , 12-cü ayə
Ət-Tövbə surəsi 12-cü ayə
Tam Surə

Ət-Tövbə surəsi 12-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 12

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını pozsalar, dininizə tənə etsələr, küfr başçıları ilə döyüşün. Çünki onlar üçün heç bir and yoxdur. Bəlkə öz rəftarlarından çəkinələr.”

 

Nöqtələr
Həzrət Əlidən (ə) soruşdular: "Nə üçün Siffeyn döyüşündə fərariləri təqib etdiniz, Cəməl döyüşündə isə onları azad buraxdınız?” Həzrət buyurdu: "Siffeyn döyüşündə küfr başçısı sağ idi və qaçanlar onun ətrafında toplanırdılar. Cəməl savaşında isə başçı öldürüldüyündən növbəti dəfə toplanmaq üçün bir mərkəz yox idi.”
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs sizin dininizə tənə etsə, hökmən, kafir olar.” Sonra həzrət uyğun ayəni oxudu. 
Bildirişlər
1. Əhdi pozmağın və əqidə məktəbini məsxərəyə qoymağın bir nümunəsi də dindən çıxmaqdır.
2. İslama qarşı tənə və onun xar edilməsinin cəzası edamdır.
3. İslami cihadın məqsədi əqidə məktəbinin müdafiəsidir.
4.Əhdi pozan və dini məsxərəyə qoyan küfr başçıları ilə mübarizə aparın.
5. Mübarizədə fitnə başçılarının, düşmən komandanlığının məhvi ilkin vəzifələrdəndir.
6. Qarşı tərəfin hər andı sizi aldatmasın. Əhdi pozanların andı etibarsızdır.
7. Düşmən planlarının qarşısının alınması İslam cihadının məqsədlərindəndir.