Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 13-cü Ayə

Surə 9
Ayə 13

Azərbaycan dilində tərcümə

Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gəlmiş və sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir.
Ət-Tövbə surəsi , 13-cü ayə
Ət-Tövbə surəsi 13-cü ayə
Tam Surə

Ət-Tövbə surəsi 13-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 13

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Öz andını pozmuş, Peyğəmbəri (vətənindən) çıxarmağa səy göstərmiş, sizinlə ilkin olaraq döyüşə başlamış qövmlə döyüşmürsünüzmü? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allahdan qorxmağınız daha yaxşıdır.”
Bildirişlər
1. Müsəlman döyüşçü üçün döyüşün məqsədi aydın olmalıdır. Düşmənin öz əhdini pozması, Peyğəmbərə (s) qarşı pis niyyəti və döyüşə başlaması qeyd olunur).
2. Sizin döyüş müdafiə döyüşüdür və bu döyüşü düşmən başlamışdır.
3. Döyüş zamanı döyüş odu ilə cəhənnəm odunu müqayisə edin. Belə bir müqayisə döyüş əzmini möhkəmləndirir.
4. Həqiqi mömin yalnız Allahdan qorxur.