Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 15-ci Ayə

Surə 9
Ayə 15

Azərbaycan dilində tərcümə

Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir.
Ət-Tövbə surəsi , 15-ci ayə
Ət-Tövbə surəsi 15-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 15-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 15

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Onlarla vuruşun ki, Allah) möminlərin qəlbindən qeyz-qəzəbi çıxarsın. Allah Öz lütfünü istədiyi kəsə nazil edər (istədiyi kəs üçün tövbə yolunu açar.) Allah biləndir və hikmət sahibidir.”
Bildirişlər
1. Döyüşdə məqsəd Allahın razılığı, müdafiə, şirkin və fitnənin qarşısının alınması olsa da, digər bir məqsəd qəlblərin təskinlik tapması, ruhların aramlaşmasıdır. 
2. Qələbə çaldıqdan sonra sizə qoşulmaq istəyənlərə "bu vaxtadək harada idiniz” deməyin, onları yaxşı qarşılayın.
3. Tövbənin qəbul olunması Allahın istək və iradəsindən asılıdır.
4. Sizə yaxınlaşanları "hiylə gəlirlər” deyə özünüzdən uzaqlaşdırmayın. Allah həqiqi və riyakar tövbədən xəbərdardır. İlahi hikmətə əsasən, şəhadət kəlmələrini deyən kəs qəbul olunmalıdır.