Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 48-ci Ayə

Surə 9
Ayə 48

Azərbaycan dilində tərcümə

Həqiqətən onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).
Ət-Tövbə surəsi , 48-ci ayə
Ət-Tövbə surəsi 48-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 48-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 48

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Münafiqlər) bundan öncə fitnəkarlığa çalışır, işləri sənə dolaşıq göstərirdilər. Nəhayət, onlar narahat olan halda haqq gəldi və Allahın əmri aşkar oldu (qalib gəldiniz).”
Bildirişlər
1. Münafiqlər məqsədli şəkildə fitnə törədirlər.
2. Təfriqə və fitnə ilə rastlaşdıqda münafiqlərin izini axtarın.
3. Gerçək tövbə etməyənlərin keçmişinə diqqətli olun.
4. Rəhbərə yanlış və təhrif olunmuş məlumatlar vermək münafiqlikdir.
5. İslam ümmətinin rəhbəri ayıq olmalı, hər məlumata etimad göstərməməlidir.
6. Fitnəkarlıq və təfriqəçilik münafiqlərin daimi işi olmuşdur. Haqq cəbhəsi tam qələbə çalanadək onlar şeytançılıqdan əl çəkmirlər.
7. İlahi yardımlar münafiqlərin planlarını puça çıxarır. İslamın bütün fitnələrə qarşı cavabı var.
8. Münafiqlər heç vaxt İslam quruluşuna qəlbən təslim olmurlar.