Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 53-cü Ayə

Surə 9
Ayə 53

Azərbaycan dilində tərcümə

De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».
Ət-Tövbə surəsi , 53-cü ayə
Ət-Tövbə surəsi 53-cü ayə
Tam Surə

Ət-Tövbə surəsi 53-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 53

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Cəbhədə iştirak əvəzinə maddi yardım göstərən münafiqlərə) de ki, istər könüllü, istər ikrahla etdiyiniz infaq sizdən heç vaxt qəbul olunmayacaq. Çünki siz həddi aşmış qövmsünüz.”
Nöqtələr
Təfsirlərə əsasən, Təbuk döyüşündə iştirak etməyən münafiqlər cəbhəyə maddi yardım göstərməklə qələbəyə şərik olmaq istəyirdilər.
Münafiqlərin infaqının qəbul olunmaması dedikdə, ya onlardan dünyada maddi yardımların qəbul olunmaması, ya da axirətdə onlara mükafat verilməməsi nəzərdə tutulur.
Bildirişlər
1. İnfaq təkcə qarın doyurmaq üçün deyil. İslam infaqın ruhun islahına və mənəvi təkamülə təsirini nəzərdə tutur.
2. Fərdlərin ruhu, niyyəti və batini onların əməllərinin dəyərinə təsir göstərir. Müsəlmanların qələbəsindən qəmlənən, onların məğlubiyyətinə sevinən münafiqin əməlləri səmərəsizdir.
3. Münafiqlərin xidmətləri və infaqları dəyərsizdir və puça çıxar.
4. Hər adamdan hər köməyi qəbul etməyək.
5. Əməllərin qəbulu üçün təqva və pak qəlb lazımdır. Siyasi, ictimai, ibadi və əxlaqi məsələlər bir-birləri ilə əlaqəlidir.
6. Günah əməllərin qəbuluna mane olur.