Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 62-ci Ayə

Surə 9
Ayə 62

Azərbaycan dilində tərcümə

Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı.
Ət-Tövbə surəsi , 62-ci ayə
Ət-Tövbə surəsi 62-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 62-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 62

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Münafiqlər) and içirlər ki, sizi razı sala bilsinlər. Halbuki iman gətirsəydilər, Allah və Onun rəsulunu razı salmaq daha yaxşı olardı.”
Bildirişlər
1. Münafiq daim qorxu, dəhşət və iztirab içindədir. O, yalan andlarla xalqın inamından istifadə edib diqqəti özünə cəlb etmək istəyir.
2. Hər anda aldanmayın. Çünki bəzən müqəddəsliklər çirkin insanların əlində alətə çevrilir.
3. Həqiqi mömin üçün xalqın yox, Allahın razılığı mühümdür.
4. Peyğəmbərin (s) razılığı elə Allahın razılığıdır.
5. Xalqın razılığını Allahın razılığından üstün tutan kəsin nifaqdan payı var və belə bir şəxs məzəmmət olunmalıdır.