Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 63-cü Ayə

Surə 9
Ayə 63

Azərbaycan dilində tərcümə

Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq!
Ət-Tövbə surəsi , 63-cü ayə
Ət-Tövbə surəsi 63-cü ayə
Tam Surə

Ət-Tövbə surəsi 63-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 63

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bilmədilərmi ki, hər kəs Allah və Onun rəsulu ilə düşmənçilik etsə, cəzası cəhənnəm odudur və daim orada qalacaq? Budur böyük rüsvayçılıq!”
Nöqtələr
"Yuhadidillah” təbiri ya Allahın qüdrətini məhdudlaşdırmaq mənasındadır, ya da Allahı əli bağlı bilmək mənasında.
Fəxr-Razi bu təbiri "Hədid” sözünün əsasında sərtlik kimi mənalandıraraq demişdir: "Muhaddət” ya ilahi qanunlar çərçivəsini aşmaq, ya da özünü bir, Allahı digər bir tərəfdə bilmək mənasını daşıyır.
Bildirişlər
1. Həqiqi rəhbərə qarşı müxalifət Allaha qarşı müxalifətdir.
2. Yalan and içməklə şəxsiyyəti qorumaq Allahla düşmənçilik nümunəsidir.
3. Agah insanların Allahın dininə qarşı sərtliyi əbədi cəhənnəmlə nəticələnir.
4. Cəhənnəm haqqında düşünmək insanı inadkarlıqdan çəkindirə bilər.