Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 78-ci Ayə

Surə 9
Ayə 78

Azərbaycan dilində tərcümə

Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?
Ət-Tövbə surəsi , 78-ci ayə
Ət-Tövbə surəsi 78-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 78-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 78

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bilmədilərmi ki, Allah onların sirlərini və gizli söhbətlərini bilir və Allah bütün qeyblərdən xəbərdardır?!”
Nöqtələr
Ola bilsin ki, "sirr” dedikdə münafiqlərin batini küfrü nəzərdə tutulmuşdur. "Nəcva” həmin dəstənin qurğusuna, "ğuyub” onların məqsədlərinə işarədir. 
Bildirişlər
1. Münafiqlər öz qurğularını gizli saxlamağa çalışırlar, amma Allah onlara sirləri barədə xəbərdarlıq edir.
2. Nöqsanlı bilik nöqsanlı əmələ səbəb olur. Bəli, əgər insan Allahın gizli işlərdən agah olduğunu bilsə, daha təqvalı olar və nöqsana yol verib məzəmmət edilməz.