Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 88-ci Ayə

Surə 9
Ayə 88

Azərbaycan dilində tərcümə

Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
Ət-Tövbə surəsi , 88-ci ayə
Ət-Tövbə surəsi 88-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 88-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 88

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Amma peyğəmbər və onunla birlikdə olan möminlər öz malları və canları ilə cihad etdilər. Onlardır bütün xeyir və yaxşılığa sahib olanlar, onlardır nicat tapanlar.”
Bildirişlər
1. Münafiqlərin və rahattələblərin döyüşdə iştirak etməməsinə görə narahat olmayaq.
2. Münafiqlər elə düşünürlər ki, onlar cihadda iştirak etməsə, İslam köməksiz qalacaq.
3. Rəhbər döyüşçülərdən öndədir.
4. Peyğəmbərə iman azdır, onun yanında olmaq lazımdır.
5. Cihad hərtərəfli olmalıdır.
6. Yalnız iman və cihad sayəsində nicat tapmaq olar.
7. Döyüş və cihad döyüşçülərə ilahi xeyir və bərəkət nazil olması ilə nəticələnir.
8. Mücahidlər qalib də gəlsələr, zahirən məğlub da olsalar, nicat tapmışlar.