NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar müxaliflər və evdə oturanlarla qalmağa razı oldular. Onların qəlblərinə möhür vurulmuşdur, bu səbəbdən də anlamırlar.”
Nöqtələr
"Təvl” dedikdə imkan və qüvvə, "ulut-təvl” dedikdə isə qüvvəlilər və sərvətlilər nəzərdə tutulur.
"Surə” dedikdə xüsusi mövzuları bəyan edən ayələr məcmusu nəzərdə tutulur. Bu səbəbdən də surənin müəyyən bir hissəsi də ”surə” adlandırılır.
Bildirişlər
1. Cihad Allaha iman şərtidir.
2. Peyğəmbər (s) savaş meydanında öndə dayanırdı.
3. Cihad müsəlmanların rəhbərinin göstərişi və onunla birlikdə həyata keçməlidir.
4. Cihada münasibətdə zəifliyimizə, nifaq və qorxumuza mürəxxəs olma icazəsi ilə don geyindirməyək.
5. Canını sevən rifahtələblər cihaddan daha çox qorxurlar. Onlara ümid bağlamayaq.
6. Münafiqlər qəlbi ölmüşlərdirlər.
7. Dünyapərəstlik, rahattələblik və nifaq ruhiyyəsi insanı düzgün baxış və dərin mərifətdən məhrum qoyur.