NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 93
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yalnız imkanlı olduğu halda səndən izin istəyənləri, müxaliflərlə qalmağa razı olanları qınamağa yol var. Allah onların qəlblərinə möhür vurmuşdur, o səbəbdən bilmirlər.”
Nöqtələr
Möminlə münafiq insan arasında yerlə göy arası qədər fərq var. Ötən ayədə bildirildi ki, mömin cəbhəyə gedə bilmədiyi üçün ağlayır. Bu ayədə isə imkanlı münafiqlərin cəbhəyə getməkdən israrla imtina etməsi və Peyğəmbərdən (s) icazə istəməsi bəyan olunur.
Bildirişlər
1. Həm yoxsul, həm də varlı insan cəbhəyə getməyə borcludur. Sərvət cəbhədən tərxis olmaq üçün imtiyaz, üzr sayılmır.
2. Məsuliyyətdən boyun qaçırmaq pis aqibətlə və agahlığı əldən verməklə nəticələnir.