NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Cihaddan qayıtdığınız vaxt (Təbuk döyüşündə müxalif olan münafiqlər) sizdən üzr istəyirlər. De ki, üzr istəməyin, biz heç vaxt sizin sözlərinizə inanmarıq, Allah bizi sizin halınızdan agah etmişdir, Allah və Onun rəsulu sizin əməllərinizi bilirlər; sonra gizlini və aşkarı bilən Allahın yanına qaytarılarsınız və O sizi etdiklərinizdən xəbərdar edər.”
Nöqtələr
Münafiqlərdən təqribən 80 nəfəri Təbuk döyüşündə iştirak etmirdi. Peyğəmbər (s) və müsəlmanlar döyüşdən qayıtdıqdan sonra onlar müxtəlif bəhanələr gətirdilər. Ayə nazil oldu ki, onların dediklərinə inanmayın, onları Allahın öhdəsinə buraxın.”
Bildirişlər
1. Müsəlmanlar o qədər qüdrətli olmalıdırlar ki, müxaliflər özlərini üzr istəməyə borclu bilsinlər.
2. Bəhanəçi münafiqlərlə kəskin rəftar edin.
3. Allah münafiqlər və xalqın əməlləri haqqında Öz peyğəmbərinə qeybi yolla xəbər verir.
4. Savaş başa çatdıqdan sonra bəhanələr başlanır.
5. Allah üçün qeyb də aşkar kimidir və hər şey Ona bəllidir.
6. Qiyaməti yada salmaq insanın kamilləşməsi üçün ən üstün amillərdəndir.
7. İnsan gördüyü bütün işlərin məsuliyyətini daşıyır. Qiyamət müxaliflər üçün rüsvayçılıq günüdür.