NUR TƏFSİRİ: Yunus surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sizi quruda və dəryada gəzdirən Odur. Gəmidə olduğunuz, müvafiq bir küləyin gəmiləri hərəkətə gətirdiyi və (onda olanlar) bu vasitə ilə xoşhal olduğu vaxt qəfildən tufan qopanda, dalğalar hər tərəfdən sorağlarına gələndə bəla mühasirəsinə düşdüklərini güman edib Allahı xalis əqidə ilə çağırarlar (və deyərlər:) əgər bizi bu təhlükədən xilas etsən, şübhəsiz şükür edənlərdən olacağıq.”
Nöqtələr
Alusi və Məraği öz təfsirlərində qeyd edirlər ki, "təhlükə zamanı müşriklər Allahı çağırdıqları halda, şiələr öz imamlarını çağırırlar.” Onlar unudurlar ki, Qurana əsasən diri olan şəhid, məsum imamlara təvəssül bütlərə təvəssüldən fərqlənir.
Bildirişlər
1. Təbiətə hakim qanunlar Allahın məxluqudur və Onun hökmü altındadır.
2. İnsanın işləri Allaha da aid edilir. Çünki işi insan görsə də qüdrət Allahdandır.
3. İnsan nə qədər inkişaf etsə də təbiət hadisələrinin acılığından amanda deyil.
4. Rifah içində yaşayanlar güman etməsinlər ki, bu rifah əbədidir.
5. Təbiət hadisələri insanın qürur və təkəbbürünü aradan götürür, onu Allah qarşısında boyun əyməyə vadar edir.
6. Təhlükə zamanı insan fitrəti yeganə qurtuluş ünvanına tərəf üz tutur.
7. İman və ixlas yalnız təhlükə ilə bağlı müvəqqəti yox, daimi olmalıdır.
8. İnsan təhlükəyə düşdükdə söz verir, təhlükə ötüşdükdə isə qəflətə uğrayır.
9. Naşükürlük və nemətə qarşı şükür çətinlik və əzab zəminlərindəndir.