NUR TƏFSİRİ: Yunus surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Deyirlər ki, nə üçün ona Rəbbi tərəfindən bir ayə və möcüzə nazil olmur? De ki, qeyb Allaha məxsusdur. Belə isə, intizarda olun. Mən də sizinlə birlikdə intizardayam.”
Bildirişlər
1. Bəhanəçi insanlar Quranı və yüzlərlə ayəni görməməzliyə vurub başqa ayələr istəyirlər.
2. Möcüzə nə peyğəmbərin ixtiyarındadır, nə də xalqın istəyindən asılıdır. Möcüzə yalnız Allahın istəyi ilə baş tutur.
3. Möhlət verilməsi Allahın qanunudur.