NUR TƏFSİRİ: Yunus surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah (xalqı) salamatçılıq və səadət mənzilinə çağırır və istədiyini doğru yola hidayət edir.”
Nöqtələr
"Behiştin adlarından biri "Darüs-səlamdır”. Çünki orada döyüş və mübahisə törədəcək kin-küdurət yoxdur.
Salam Allahın adıdır. Darus-Səlam dedikdə isə ilahi rəhmət civarı və görüş salamı olan, eləcə də, Allahın salam verdiyi yer nəzərdə tutulur.
Rəvayətlərdə Əmirəlmöminin (ə) və məsum rəhbərlərin vilayəti doğru yolun ən üstün nümunəsi kimi təqdim olunur.
Bildirişlər
1. İlahi dəvət Allahın Öz bəndələrinə xüsusi lütf nişanəsidir.
2. Dünya salamatçılığı ötəri, axirət salamatçılığı isə əbədidir.
3. Sirate-mustəqim, yəni doğru yol aramlıq gətirir. Bu yol axirətdən əlavə dünya həyatında insan üçün darus-səlam yaradır.
4. Sağlam həyat və cəmiyyət Allahın istəyidir.
5. Allah həm dəvət edir, həm də yol göstərir.
6. İlahi dəvət hamı üçündür. Xüsusi hidayət isə yalnız Allahın istədiklərinə aiddir.
7. Doğru yolda hərəkət üçün ilahi tövfiq, yardım lazımdır.