NUR TƏFSİRİ: Yunus surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yaxşılıq edənlər üçün daha yaxşı və daha artıq mükafat olacaq. Onların çöhrəsinə zillət və xarlıq tozu qonmayacaq. Onlar behişt əhlidirlər və həmişə oradadırlar.”
Nöqtələr
"Rəhəq” dedikdə məcburi şəkildə örtmək, "qətər” dedikdə toz, tüstü və kül nəzərdə tutulur.
Daha çox və ikiqat mükafatın verilməsi "ziyadə”, "zef”, "izaf” təbirləri ilə təkrar-təkrar bəyan olunmuşdur. Eləcə də, yaxşılıq edən on qat mükafat alır. Allah tam mükafatdan əlavə, Öz fəzli ilə onlara əta edir. Allah yolunda infaq müqabilində yeddi yüz qat artıq əvəz verilir.
İmam Sadiq (ə) buyurmuşdur: "Bir damlası alovu söndürən göz yaşından savay hər şeyin ölçüsü var.” Sonra imam buyurmuşdur: "Allahın razılığı xatirinə göz yaşı axıdan kəs üzü qaralıq və xarlıq görməyəcək.”
Bəzi rəvayətlərdə bildirilir ki, "ziyadət” dedikdə dünya nəzərdə tutulmuşdur. Sünnə əhlinin bir çox rəvayətlərinə əsasən, "ziyadət” Allahla görüşə işarədir.
"Əhsənu” dedikdə düz əqidə, saleh əməl və yaxşı danışıq nəzərdə tutulur.
Bildirişlər
1. İlahi lütfdən xeyir əməl sahibləri faydalanırlar.
2. Allah həm əməlin mükafatını verir, həm də təşviq edir.
3. Qiyamət günü ən üstün mükafat yaxşı əməl sahiblərinindir.
4. Allahdan qeyrisinə üz tutanların heç bir üzrü yoxdur. Çünki Allah həm dəvət edir, həm yol göstərir, həm də artıqlaması ilə əvəz verir.
5. Ötəri və fani dünyadakı ehsan və yaxşılıq əbədi behişt həyatına aparır.