Əsas məzmuna keç

Yunus surəsi - 34-cü Ayə

Surə 10
Ayə 34

Azərbaycan dilində tərcümə

De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»
Yunus surəsi , 34-cü ayə
Yunus surəsi 34-cü ayə
Tam Surə

Yunus surəsi 34-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 34

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, Allaha şərik qərar verdiyiniz məbudlardan yaranışı ərsəyə gətirib sonra geri qaytara bilən varmı? De ki, (yalnız) Allah yaranışa başlar, sonra onu qaytarar. Belə isə, nə üçün (haqdan) üz çevirirsiniz?!”
Bildirişlər
1. Allah-təala Öz Peyğəmbərinə (s) müşriklərlə mübahisə üsulunu öyrədir.
2. Allaha şərik qoşulanlar bəşər xülyasından başqa bir şey deyil.
3. Varlıq bir hadisədir.
4. Pərəstiş üçün iki meyar var: İlkin yaratma qüdrəti və yenidən bərpa qüvvəsi.
5. Dünya fəna olduqdan sonra qiyamət qopar.
6. Varlıq aləmi ölümə, məhvə doğru hərəkətdədir. Bu hərəkətin sonu fənadır.
7. Məad və qiyamət də dünya kimi cismanidir.
8. Şərik qoşmağa meyl düşüncəsizlik nişanəsidir.