Əsas məzmuna keç

Yunus surəsi - 32-ci Ayə

Surə 10
Ayə 32

Azərbaycan dilində tərcümə

Odur ki, sizin həqiqi Rəbbiniz həmin Allahdır. Və həqiqətdən sonra zəlalətdən başqa nə vardır? Belə isə, necə və haraya döndərilirsiniz?!
Yunus surəsi , 32-ci ayə
Yunus surəsi 32-ci ayə
Tam Surə

Yunus surəsi 32-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 32

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Belə bir (qadir və vahid) Allah, həqiqətən, sizin Rəbbinizdir. Haqdan sonra azğınlıqdan başqa nə var? Bəs necə olur ki, (haqdan) qaytarılırsınız?!”
Bildirişlər
1. Hakim, ruzi verən, xəlq edən, idarə edən Allah olan yerdə digər bir yaradana macal yoxdur.
2. Allahdan qeyrisinin rübubiyyətinə etiqad puçdur, azğınlıqdır.
3. Haqla batil arasında üçüncü bir yol yoxdur. Haqq olmayan şey batildir. Bu məsələdə bitərəf yoxdur.
4. İnsan haqpərəst bir fitrətə malikdir. Şeytanlar, digər xülyalar və amillər onu azğınlığa çəkir.