Əsas məzmuna keç

Yunus surəsi - 39-cu Ayə

Surə 10
Ayə 39

Azərbaycan dilində tərcümə

(Onlar Qur’anı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri və yozumu (həqiqətlərinin aşkar olacağı gün – cahanşümul ədalət hökümətinin zahir olacağı və Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Buna görə də zalımların aqibətinin necə olduğuna bax!
Yunus surəsi , 39-cu ayə
Yunus surəsi 39-cu ayə
Tam Surə

Yunus surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqət budur ki, bilmədikləri bir şeyi yalan saydılar. Halbuki onun sonu, mahiyyəti və batini hələ ki, onlara aydınlaşmamışdı. Onlardan qabaqkılar da bu sayaq təkzib etdilər. Bax gör, zalımların aqibəti necədir.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Quranın bu iki ayəsindən iki böyük dərs öyrənirik: Nə qədər ki, bilmirik, danışmayaq  və nə qədər ki, bilmirik, bir sözü rədd etməyək.” 
Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: "Allah-təala dediyim dörd nöqtəni ayədə nazil etmişdir:
1. İnsanın kimliyi onun dilinin altındadır. Ayə nazil oldu ki, danışıqlarından onları tanıyarsan. 
2. Hər kəs bir şeyi bilməsə, onunla düşmənçilik edir. Ayə nazil oldu ki, bilmədiklərini yalan saydılar. 
3. Hər kəsin dəyəri onun ləyaqəti və dəyərindən asılıdır. Ayə nazil oldu ki, Allah Talutu bacarıqlarına görə seçdi. 
4. Zalımı (qatili) öldürmək qətllərin çoxalmasının qarşısını alır. Ayə nazil oldu ki, qisas sizin üçün həyatdır. 
Bildirişlər
1. Müxaliflər Quranı yetərincə öyrənmədən onu rədd etmişdilər.
2. Bir şeyi bilmədiyimizə görə rədd etməyək.
3. Ümumi və yığcam bilik təsirsizdir. Yalnız elmi əhatə sayəsində nuraniyyət əldə etmək olar.
4. Tarix boyu peyğəmbərlərlə müxalifliyin səbəbi cəhalət olmuşdur.
5. Din müxaliflərinin tarixi və taleyi ilə tanış olmaq lazımdır.